Xeyirləri görə bilmənin yolları

Hər hadisəni, hər detalı yaradanın Allah olduğunu bilmək…
İnsanların bir çoxu müsbət olaraq qiymətləndirdikləri hadisələrlə xoşbəxt olarkən, mənfi ya da tərs gedir kimi görünən hadisələrlə birlikdə də hüzünə qapılarlar. Halbuki iman edən insanlar üçün belə bir çətinliyə düşmək son dərəcə yersizdir. Allah, Quranda hər hadisəni saleh qullarının xeyirinə yaratdığnı müjdələmiş, onlar üçün heçbir zaman hüzün və çətinlik ola bilməyəcəyini xəbər vermişdir.
Canlı, cansız dünyadakı hər varlığın bir qədər ilə yaradıldığını bilmək
Qədər, Allahın keşmişdən gələcəyə qədər, yaşanmış və yaşanacaq olan bütün hadisələri tək bir an olaraq bilməsidir. Bu, Allahın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini ifadə edər. İnsanlar həyatlarındakı hadisələri ancaq yaşadıqları zamanla öyrənəbilərlər. Amma Allah bütün bunları, hələ yaşanmadan öncə də biləndir. Allah üçün keçmiş, bu an və gələcək zaman birdir. Hamısı da Allahın elmi və əhatə etməsi altındadır. Çünki bunların hamısını yaradan Rəbbimizdir.
Xeyir kimi görünən hadisələrdə şər, şər kimi görünən hadisələrdə xeyir ola biləcəyini bilmək
Öncəki sətirlərdə Allahın sonsuz ağıl sahibi olduğundan və dünya həyatında meydana gələn hər hadisəni özəl bir plan və qədər istiqamətində, xeyir və hikmətlə yaratdığından bəhs etdik. Bu nöqtədə başa düşülməsi lazım olan bir başqa mövzu isə, Allahın yaratdığı hadisələrin hansında xeyir, hansında şər ola biləcəyini əsl olaraq biləcək olanın yalnız Allah olduğudur. Çünki Allah sonsuz, insan isə məhdud bir ağla malikdir. İnsan ancaq hadisələrin xaricdən görünən qismi ilə həmsöhbət ola bilməkdə və ancaq öz anlayışı ilə bu hadisələri qiymətləndirə bilməkdədir.