“Hər nəfs ölümü dadacaqdır…” 
          
          Cahiliyyə inancına görə bir  insanın başına gələ biləcək ən pis hadisələrdən biri, yaxınlarının və ya özünün  ölümüdür. Ölümə yaxınlaşmış olmaq ya da bir yaxınını itirmək ən çox qorxulan  mövzuların başında gəlir. Ölüm, hər vaxt bir an öncə bağlanılması və başqa  mövzular açılaraq gecikdirilməsi lazım olan bir mövzu olaraq qiymətləndirilər.  Cahiliyyənin sapıq anlayışna görə bəlkə bir çox mövzuya xeyir gözüylə baxıla  bilər, amma bir adamın ölümündə əsla bir xeyir görülməz.
Din əxlaqını yaşamayan  cəmiyyətlərin ölümü qiymətləndirmə metodları həmişə bir-birinə bənzərdir və  fərqli bir düşüncə əsla ağıllardan keçməz. Söz mövzusu çevrələrdə ölüm bir  yoxoluş olaraq görülməkdə və axirət həyatına tərəddüd ilə yaxınlaşılmaqdadır.  Din əxlaqından uzaq insanlar üçün dünya həyatı tək həyatları, sahib ola  biləcəkləri tək ömürdür. Bu səbəbdən onlara görə ölüm ilə birlikdə bu imkan  tamamilə itməkdə və sapıq anlayışlarına görə ölən adamın arxasından geriyə yalnız  üzüntü qalmaqdadır. Özəlliklə də çox sevdiyi bir yaxını vəfat edən bir insan iç  dünyasında şübhəsiz böyük bir üzüntü və çətinlik yaşar. Hətta bir yaxınının  gənc yaşda ölməsi vəziyyətində Allaha və qədərə qarşı üsyana çatan davranışlar  bir-biri ardınca gəlir.
Halbuki din əxlaqından uzaq olan bu insanlar çox önəmli həqiqətləri unutmaqdadırlar:
Öncəliklə dünyadakı insanların heçbiri öz istəkləriylə dünyaya gəlməmişlər. İnsanların heçbiri öz iradələriylə həyata sahib olmamışlar. Bütün insanların həyatı Allaha aiddir; hər kəs Uca Allahın təqdir etdiyi zamanda və Onun dilməsiylə həyat tapmışdır.
Göylərin, yerin və ikisi arasındakı canlı cansız hər varlığın sahibi olan Allah, dilədiyi adamın canını dilədiyi şəkildə və dilədiyi zamanda alar. Allahın qədərdə təyin etmiş olduğu bu zamanı kimsənin təxirə salmağa və ya önə atmağa gücü çatmaz. Bu həqiqət Quranda belə bildirlər:
          Allahın icazəsi olmadan heçbir  nəfs üçün ölmək yoxdur. O, vaxtı ifadə edilmiş bir yazıdır. Kim dünyanın  faydasını (savabını) istəsə ona ondan verərik, kim axirət savabını istəsə ona  da ondan verərik. Biz şükredənləri çox yaxında mükafatlandıracağıq. 
(Al-İmran  Surəsi, 145)
Ayrıca insan ölümdən uzaqlaşmaq üçün nə qədər tədbir görsə, özüncə nə qədər etibarlı yerlərə sığınırsa sığınsın ölümdən qaçmaz. Heç gözləmədiyi bir şəkildə bu dünyadan ayrıla bilər. Eyni şəkildə bir yaxınının ölməməsi üçün nə qədər məşğul olsa da, hətta bütün dünyanın imkanlarını səfərbər etsə də bu istəyini –Allah dilmədikcə- gerçəkləşdirə bilməz. Bir ayədə ölümün hər yerdə insanı tapacağı ifadə edilmişdir:
Hər harda olsanız, ölüm sizi tapar; yüksək yerlərdə təhkim edilmiş qalalarda olsanız belə… (Nisa Surəsi, 78)
Bu üzdən insanın etməsi lazım olan ölümdən qaçmağa və yaxınlarını qaçırmağa çalışmaq deyil, əksinə ölümdən sonrası üçün hazırlıq etmək və sevdiyi insanların da axirətdəki sonsuz həyatları üçün hazırlıq etmələrinə vəsilə olmaqdır.



